Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ID:

22.07.2024 15:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşimov

Milli mətbuatımızın 149 illiyi və Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.