Hazırda Azərbaycanın 3 peyki var. “Azersky” peyki artıq öz fəaliyyətini dayandırıb. Peyklərin sayının artırılması vacib məsələlərdəndir.
×
Hazırda Azərbaycanın 3 peyki var. “Azersky” peyki artıq öz fəaliyyətini dayandırıb. Peyklərin sayının artırılması vacib məsələlərdəndir.
Ölkəmizdə rabitə sistemi yaxşı inkişaf edib. Diqqəti xarici bazarlara yönəltmişik. Bu sahədə yarım milyard manat qazanc əldə etmişik və gəlirlərimizin 90 faizi xarici bazarlardan əldə olunub.
AZƏRTAC xəbər verir ki, bunu Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov mayın 11-də Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesləri peyklər vasitəsilə izlənilir.
Bildirilib ki, Bakıdan bir az aralıda fəaliyyət göstərən yerüstü stansiya beynəlxalq sertifikat alıb, Çin, Yaponiya və digər ölkələr həmin stansiyaya antenalarını quraşdırıb.