Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan-Sloveniya biznes-forumu keçirilib

ID:

17.04.2025 19:15 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes-forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, maliyyə nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa işləri naziri Tanya Fayon, Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobinç, İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitja Blaganje ilə yanaşı Sloveniyadan gələn, yerli iş adamları və biznes qurumlarının rəhbərləri iştirak ediblər.