Azərbaycanın tikinti materiallarının Avropa İttifaqı ölkələrinə ixracı araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının baş katibi Şahanə Sarı mətbuat konfransında bildirib.
×

Onun sözlərinə görə, hazırda ölkəmizin tikinti materiallarının Balkan yarımadası vasitəsilə Avropa ölkələrinə ixracı üzərində iş aparılır.
“Belə ki, Avropa İttifaqı ölkələrinə ixrac üçün materialların standartı, logistika məsələləri araşdırılır. İlkin qiymət araşdırmasına əsasən ixrac sərfəli ola bilər. Azərbaycan üçün Mərkəzi Asiya ölkələri çox əlverişlidir. Bizim bu ölkələrlə ticarətlə bağlı razılaşmalarımız var. Buna görə də şirkətlərimiz bu ölkələrə daha rahat məhsul ixrac edə bilirlər. Tikinti məhsullarının daşınması daha çətin olduğuna görə onların bir ölkədən digərinə ixrac olunan zaman rentabelliyi aşağı düşür. Buna görə də qeyd edilən ölkələrə ixrac bizim üçün sərfəlidir”, - deyə Ş.Sarı əlavə edib.