Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

ID:

06.02.2025 15:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Fevralın 6-da İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə AZAL-ın prezidenti Samir Rzayev, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Abşeron və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və əməkdaşları, AZAL-ın kollektivi, mərhumun ailə üzvləri və yaxınları, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.