Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın ilk Kiber Festivalı “CIDC-2023” iki gün davam edəcək

ID:

24.10.2023 13:15 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirində 2 gün ərzində informasiya təhlükəsizliyi üzrə yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsi olacaq.