Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın FHN ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında Fəaliyyət Planı imzalanıb

ID:

31.01.2024 14:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Nicat Haşımov

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.