Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan atribut və simvollar gəzdirən hərbçilərlə bağlı cəzalar müəyyənləşdirilir

ID:

14.12.2023 12:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dövlət və hərbi xidmət əleyhinə cinayət və inzibati xətalarla bağlı qanunvericilik təkmilləşdirilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 14-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.