Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycandan keçən Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

ID:

14.07.2020 15:50 / İQTİSADİYYAT

Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, 82 konteynerdən ibarət növbəti qatar operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” olan “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb.