Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30 illiyi qeyd olunur

ID:

14.09.2022 17:10 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Bu il Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümüdür. Üç onillik ərzində əməkdaşlıq və tərəfdaşlığı qeyd etmək və Azərbaycanın gələcək inkişaf səylərini müzakirə etmək üçün Azərbaycan Hökuməti və Dünya Bankı inkişaf tərəfdaşları, özəl sektor, akademik dairələr və media ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumda bir araya gəlib.