Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

ID:

14.11.2025 14:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.