Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Sankt-Peterburq ilə gəmiqayırma sahəsində birgə istehsala başlaya bilər

ID:

02.04.2024 16:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Nicat Əlili

Azərbaycan ilə Sankt-Peterburq şəhəri gəmiqayırma sahəsində əməkdaşlıq edərək birgə istehsal prosesinə başlaya bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Bakıda “Sankt-Peterburq və Azərbaycan: Əməkdaşlıq üfüqlərinin genişləndirilməsi” mövzusunda keçirilən biznes forumdakı çıxışında deyib.