Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Milli Şəhərsalma Forumu ikinci günündə mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edir

ID:

06.10.2022 10:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

Oktyabrın 6-da ADA Universitetində Azərbaycan Milli Şəhərsalma Forumu mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edir.

AZƏRTAC xəbər verir ki, Forumun ikinci günündə şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, "ağıllı" və "yaşıl" yeniliklərə doğru, "yaşıl iqtisadiyyat" kimi mövzulara toxunulur, bu istiqamətlərdə müzakirələr aparılır.