Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 32-ci ildönümü qeyd olunub

ID:

09.10.2023 16:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Oktyabrın 9-da Azərbaycan Ordusunun ilk təməl daşı olan 18110 - 701 saylı briqadanın yaradılmasının 32 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının dəstəyi ilə keçirilən “Fədailər” tədbirinin ilk hissəsi Şəhidlər xiyabanında uyuyan qəhrəmanların məzarlarının ziyarət edilməsi və “Əbədi məşəl” abidə kompleksinin önünə əklilin qoyulması ilə başlayıb.