Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

ID:

24.09.2022 16:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin, həmçinin peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcərin Susuzluq kəndində minanın partlaması nəticəsində həlak olan jurnalistlər - AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eyni zamanda, əvvəlki qurultaydan ötən dövr ərzində dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.