Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

ID:

25.08.2020 14:35 / İQTİSADİYYAT

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq qurumun İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.