Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir

ID:

16.07.2024 09:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Ilkin Cavansirov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, “ASAN Radio”nun direktoru Emin Musəvi, “Türk Hava Yolları” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 qeyri-hökumət təşkilatının üzvləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirlər.