Zəfər Günü münasibətilə noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurum tərəfindən himayəyə götürülmüş şəhid ailələrinin bir qismi ilə görüş keçirilib.
×
Zəfər Günü münasibətilə noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurum tərəfindən himayəyə götürülmüş şəhid ailələrinin bir qismi ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Vətən üçün şəhidliyin hər şeydən müqəddəs olduğunu bildirərək deyib: “Sizin övladlarınız, əzizləriniz Vətən uğrunda həlak olub. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daim şəhid ailələrinə diqqət, qayğı göstərirlər. Şəhid ailələri üçün qurum olaraq əlimizdən gələni edirik və edəcəyik”.
S.Möhbalıyev diqqətə çatdırıb ki, qurum olaraq 246 şəhid övladını himayə edirlər. Onların 18 yaşınadək bu proses davam edəcək. bildirilib ki, onlar universitetə daxil olduqdan sonra da bu yardımın davamı olacaq. Vətən uğrunda şəhid olmaq ən müqəddəs işdir. Qələbələr itkisiz olmur. Şəhid ailələrinə hər kəs diqqətlə yanaşmalıdır. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü hesabına biz Qələbə qazandıq. Qurum olaraq “Yaşat” Fonduna 700 min manat ianə etmişik. Himayəyə götürülən şəhid övladlarına hər zaman diqqət ayrılır. Bu bayram münasibətilə şəhid ailələrinə 17 yük maşını həcmində yardım göstərəcəyik. Allah bütün şəhidlərimizə rəhmət etsin”, - deyə AHİK-in sədri vurğulayıb.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Onları maraqlandıran suallar cavablandırılıb, maddi problemlərinin həlli məsələsinin diqqətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib