Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresində ən son elmi yeniliklər müzakirə olunub

ID:

22.02.2025 20:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Ilkin Cavanşirov

Fevralın 22-də Bakıda Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Endouroloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının 50 illik yubileyinə həsr olunub.