Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynayır

ID:

01.06.2023 18:00 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

İyunun 1-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub.