Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
×

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forumun mövzusu “Yeni idarəetmə erasının başlanğıcı: dövlət xidməti, rəqabətlilik və davamlı inkişaf üzrə əlaqələrin tədqiq edilməsi”dir .
2022-ci ilin noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində gerçəkləşən forumda yerli qurumların, özəl şirkətlərin və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin ümumilikdə 200-dən çox nümayəndəsi iştirak edir.
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin kabinet işləri naziri Məhəmməd Əl Qərqavi, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edəcəklər.