Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

ID:

03.08.2020 10:50 / İQTİSADİYYAT

Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11 reysədək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir).