"Son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir".
×
"Son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir".
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Geologiya və Mədənçilik Forumunda çıxışı zamanı deyib.
"İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi də ölkəmizdə dövlət siyasətinin mühüm prioritetləri sırasında yer alır. Həmin ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir" , - deyə S.Qurbanov qeyd edib.