Litvada koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu əsas tibb müəssisələrinə və koronavirus pandemiyasına qarşı mübarizədə fəaliyyət göstərən digər müəssisələrə Avropa İttifaqı (Aİ) fondları tərəfindən 50 milyon avrodan çox vəsait ayrılıb.
×

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Litva Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin tibb müəssisələrinə maliyyə yardımının ayrılması barədə qərar Litva Səhiyyə Naziri Aureliyus Veriqanın müvafiq əmrlər imzalamasından sonra qəbul edilib.
Nazirliyinin məlumatına görə, tibb müəssisələri Aİ-nin ayırdığı bu maliyyə vəsaiti ilə daha əvvəl əldə edilmiş avadanlıqları – süni nəfəs cihazlarını, funksional çarpayıları, rentgen aparatlarını, digər tibbi alətləri və qoruyucu vasitələri satın ala və ya kompensasiya edə bilərlər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs