Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhərin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “A+” adlı məzun şənliyi keçirilib.
×
Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhərin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “A+” adlı məzun şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə Gənclər Fondunun nümayəndələri, ölkənin aparıcı Gənclər Təşkilatlarının sədrləri və 7000-dən çox tələbə gənc iştirak ediblər.
Şənliyin keçirilməsində əsas məqsəd bu il ali və orta ixtisas təhsil müəssisələrindən məzun olmuş tələbələri bir araya toplamaq, imtahanlardan sonra asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onlar üçün stresdən kənar mühit formalaşdırmaq və şəbəkələşmə imkanı yaratmaq olub.
Məzun şənliyinin açılış mərasimində ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb, həmçinin dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan danışıb. O, gənclərə daim istədikləri yerlərdə olmağı tövsiyə edib.