Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunmasına başlanılıb

ID:

15.09.2020 12:20 / İQTİSADİYYAT

Aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunmasına başlanılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin ölkədə aztəminatlı əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı verdiyi tapşırıqların icrası AMB-nin daim diqqət mərkəzində saxlanılır və ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının şaxələndirilməsi, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərinə səmərəli və effektiv çıxışının təmin edilməsi istiqamətinə müvafiq tədbirlər həyata keçirilməkdədir.