Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər Dövləti ilə danışıqlar davam etdirilir.
×
Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər Dövləti ilə danışıqlar davam etdirilir. Eyni zamanda Avropa ölkələrinə balıq kürüsü, dəri, yun, ilbiz və digər məhsulların idxalına icazə alınaraq ixracına başlanıb. Balıq və arıçılıq məhsulları üzrə aidiyyəti icazələrin alınması üzərində isə iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil edilən Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirilib.
Həmçinin qeyd olunub ki, heyvanların Türkiyə Respublikasına ixrac edilməsi üçün nodulyar dermatit xəstəliyinə görə qoyulmuş qadağa aradan qaldırılıb. İşçi və kəsim təsnifatına aid atların Qazaxıstan Respublikasına ixracatı bərpa edilib və atların Rusiyanın ərazisi ilə quru yolla daşınmasına icazə alınıb.