Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Aqrar sığorta ilkin mərhələdə 14 növ bitkini sığortalayacaq

ID:

12.08.2020 10:50 / İQTİSADİYYAT

Azərbaycanda bu ildən tətbiq ediləcək aqrar sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli qərarı ilə müəyyən edilib.