Aorta damarının anevrizmasının qapalı yolla təmiri əməliyyatı yanvar ayında Gəncədə daha bir xəstə üzərində icra olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və aorta damarının anevrizmasının qapalı yolla təmiri ilə əlaqədar brifinq zamanı invaziv radioloq Ağakişi Yəhyayev çıxışı zamanı söyləyib.
×

A.Yəhyayev bildirib ki, bütün xəstəliklər ağır və orta qiymətləndirilərək bölünür. Bu əməliyyatın böyüklüyü əslində xəstəliyin böyüklüyü ilə birbaşa əlaqədardır. Qarın aortası dediyimiz zaman bədənin ən böyük damarını nəzərdə tutmuş oluruq. Ən böyük damarın xəstəliyi də ən böyük xəstəlikdir. Həm özünün fəsadı, həm də müdaxilənin fəsadı bu işi bir qədər də ağırlaşdırır: “Lakin biz son iki gün ərzində dörd xəstə üzərində aorta damarının anevrizmasının qapalı yolla təmiri əməliyyatını uğurla icra etməyə müvəffəq olduq”, - deyə invaziv radioloq əlavə edib.