Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığımız mövcuddur və bu yalnız miqrasiyanın idarə edilməsi sahəsində deyil. Beynəlxalq arenada, BMT-də və eyni zamanda, regionda ölkəniz vacib rol oynayır.
×
Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığımız mövcuddur və bu yalnız miqrasiyanın idarə edilməsi sahəsində deyil. Beynəlxalq arenada, BMT-də və eyni zamanda, regionda ölkəniz vacib rol oynayır. Bu gün regional təlim mərkəzi ilə bağlı imzaladığımız sənəd bu səmərəli əməkdaşlığın sübutudur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Antonio Vitorino söyləyib.
Qeyd edib ki, bu mərkəz miqrasiya problemlərinin həlli istiqamətində bacarıqları inkişaf etdirməklə bağlı rəsmilər, region ölkələri üçün təlim sessiyaları təşkil edəcək. Mən Azərbaycanla tərəfdaşlıqdan məmnunam və hökumətin reallaşdırdığı proqramları, xüsusilə də insan alverinə qarşı mübarizədə atılan addımları, eyni zamanda, məcburi köçkünlərin öz yerlərinə qaytarılmasını dəstəkləyirəm. Beləliklə də əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm.
“Bizim məcburi köçkünlərin qaytarılması ilə bağlı uzunmüddətli təcrübəmiz var. Bu tədrici baş verən prosesdir, planlaşdırılmalıdır. Biz Azərbaycan hökumətinin üzləşdiyi problemlər fonunda texniki dəstəyi təmin edə bilərik. Geri qayıdan insanlarda ümid və etimad yaratmaq vacib məsələdir. Bu ərazilərə uğurlu reinteqrasiya üçün işləmək lazımdır. Biz bu təcrübəni dünyanın müxtəlif ölkələrində təşviq edirik. Azərbaycanı təcrübəmiz və texniki imkanlarımızla dəstəkləyə bilərik”, - deyə Antonio Vitorino diqqətə çatdırıb.