Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən il təhlil olunan protokolların sayını açıqlayıb

ID:

01.03.2022 12:10 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

Ötən il Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 12 min 347 protokol təhlil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli martın 1-də 2021-ci il üzrə fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.