Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ANAMA və BMTİP arasında niyyət bəyannaməsi imzalanıb

ID:

30.05.2024 13:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Orxan Kərimov

Mayın 30-da Zəngilan şəhərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının açılış günündə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb.