Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) noyabrda Respublika Narkoloji Mərkəzində 195 nəfər arasında sorğu keçirib.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də AMADA-nın direktoru Şəfəq Hüseynli mətbuat konfransında sorğunun nəticələrini açıqlayıb.
×

Ş.Hüseynli bildirib ki, respondentlərin 80 faizini kişilər, 12,3 faizini isə qadınlar təşkil edib. 7,7 faiz bu suala cavab verməyib. Onlardan 70,8 faizi işləmir, 28,2 faizi isə işləyir. Bir faizi bu sualı cavabsız qoyub. 64 faizi narkotik vasitələrdən asılı olduğu üçün işsiz olduğunu söyləyib. Həmin şəxslərin 51,3 faizi narkotiki əvvəlcə ilk dəfə dostu və yoldaşının təklif etdiyini söyləyib. Onların içərisində 6,2 faizi magistr, 22,1 faizi bakalavr, 25,6 faizi orta ixtisas, 13,3 faizi natamam orta təhsilli şəxslərdir.