Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Akademik: Molla Pənah Vaqifin Şuşada ucaldılan məqbərəsi azərbaycanlıların bu diyarda əbədi yaşayacaqlarının rəmzidir

ID:

30.08.2021 16:10 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 80-ci illərində çoxmillətli tərkibə malik Dağlıq Qarabağda, ölkəmizin qədim mədəniyyət mərkəzi Şuşada Molla Pənah Vaqifin abidəsi bir azərbaycançılıq abidəsi kimi ucaldılmışdı.