Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

ID:

03.06.2024 18:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İyunun 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbədənkənar sessiyada ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını söyləyib.