Almaniyanın Baş Nazirinin müavini və Maliyyə naziri Olaf Şolz Avstriyanın paytaxtı Vyanada almandilli ölkələrin (Almaniya, Avstriya, İsveçrə, Lüksemburq və Lixtenşteyn) Maliyyə nazirlərinin yığıncağından sonra mətbuata açıqlama verib.
×

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, o digər məsələlərə münasibət bildirməklə yanaşı, "Google" və "Facebook" kimi böyük şirkətlərin rəqəmsal gəlirlərinə vergi qoymaqla bağlı 2020-ci ilin sonunda qlobal miqyasda bir sazişin imzalanacağının gözlənildiyini bildirib.
Dekabr ayına qədər Avropa İttifaqının (Aİ) rəhbərliyini icra edəcək Almaniyanın gələcək bir neçə ay ərzində "rəqəmsal vergi" və "minimum vergi" mövzusunda bir saziş imzalanması üçün səylər göstərdiyini vurğulayan O.Şolz qeyd edib ki, bu iki mövzu üzrə beynəlxalq plan üzərində anlaşma əldə ediləcəyinə əmindir.
Avropa İttifaqı böyük iqtisadiyyata malik ölkələri GAFA (Google, Apple, Facebook və Amazon) adlandırılan nəhəng transmilli şirkətləri mənfəətlərini Aİ-dən kənarda qalan vergilərin az olduğu ölkələrə köçürməklə vergidən yayınmaqda ittiham edir.