Azərbaycan-Türkiyə dostluğu və qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və işçilərinin rifahına, eyni zamanda, onların arasında sıx əlaqələrin qurulmasına xidmət edir.
×
Azərbaycan-Türkiyə dostluğu və qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və işçilərinin rifahına, eyni zamanda, onların arasında sıx əlaqələrin qurulmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iyulun 28-də qurumun "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə iclasında deyib.
Ölkələrimiz arasındakı bütün sahələrdə inkişaf etdirilən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrdən danışan AHİK sədri Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərində fəal iştirak etməsindən məmnunluğunu ifadə edib.
Şuşa Bəyannaməsinin önəmini vurğulayan Səttar Möhbalıyev deyib: "Düşünürəm ki, əlaqələrimiz təkcə konfederasiyalarımız arasında deyil, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində təmin olunmalı və inkişaf etdirilməlidir", -deyə AHİK sədri qeyd edib.