Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ADA Universitetində "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

ID:

17.11.2022 17:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Noyabrın 17-də ADA Universitetində “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.