Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
×
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,6 milyon barrel (0,3 faiz) azalaraq 494,4 milyon barrel olub. Bu göstərici aprel ayından bəri ən aşağı səviyyədir. Bazar proqnozları ehtiyatların 2,3 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da 0,7 milyon barrel azalaraq 645 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 4 milyon barrel (1,7 faiz) azalaraq 227,5 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 400 min barrel azalmışdı.