Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub

ID:

13.08.2024 12:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində avqustun 13-də 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında növbəti treninq təşkil olunub.