Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

"44 Gün - Tarixi Zəfər" kitabının III cildi təqdim olunub

ID:

04.12.2024 15:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC

Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən kitabın təqdimat mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.