Müharibə dövründə əzalarını itirən şəxslərin protezlərlə təminatına xüsusi diqqət yetirilir. 201 Vətən müharibəsi iştirakçısı protezlərlə təmin olunub.
×
Müharibə dövründə əzalarını itirən şəxslərin protezlərlə təminatına xüsusi diqqət yetirilir. 201 Vətən müharibəsi iştirakçısı protezlərlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
"Həmçinin Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda əzalarını itirənlərin də protezlərlə təminatı diqqət mərkəzindədir. Həmin qəbildən olan 179 müharibə əlili 185 protezlə təmin olunub. Ümumilikdə isə 380 nəfərə yüksək texnologiyalı protez verilib", - deyə A.Bayramov qeyd edib.