Cari ildə 28 inzibati rayon ərazisində yerləşən faydalı qazıntı yataq sahələrində 92 LOT hərrac təşkil edilib.
Belə ki, keçirilmiş hərraclar əsasən tikinti materialları - qum-çınqıl, əhəngdaşı, qum, gil, bazalt yataqları üzrə təşkil edilmiş və yataqlar istifadəyə verilib.
×
Cari ildə 28 inzibati rayon ərazisində yerləşən faydalı qazıntı yataq sahələrində 92 LOT hərrac təşkil edilib.
Belə ki, keçirilmiş hərraclar əsasən tikinti materialları - qum-çınqıl, əhəngdaşı, qum, gil, bazalt yataqları üzrə təşkil edilmiş və yataqlar istifadəyə verilib. Həmin yataqlarda istismar işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov 2022-ci ilin yekunlarına dair brifinqdə deyib.
S.İdayətovun sözlərinə görə, agentlik tərəfindən yerin təkinin geoloji öyrənilməsində və istifadəsində icazələrin verilməsi məqsədilə də işlər aparılıb. 2022-ci il ərzində ölkə ərazisi üzrə 32 geoloji ayırma statusu, 64 dağ-mədən ayırma aktı tərəfimizdən yer təki istifadəçilərinə təqdim edilib.
Agentlik olaraq hesabatlılığın təmin olunması məqsədilə 2022-ci il ərzində 200-ə yaxın yer təki istifadəçisi tərəfindən aparılan hasilatı özündə əks etdirən balans hesabatı (5gk) tərəfimizdən qəbul edilib və hesabatda göstərilən həcmlər yoxlanılıb və həmin hesabat balansları Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlara əlavə edilib"