Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb

ID:

08.07.2024 11:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

İyulun 8-i ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış ediblər.