Dünyada üç cür seçki sistemi var: proporsional, majoritar, hibrid. Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur.
×
Dünyada üç cür seçki sistemi var: proporsional, majoritar, hibrid. Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur. Dünyanın 82 ölkəsində tətbiq olunan həmin seçki sistemində namizədlərdən ən çox səs toplayanı seçilir. Bizi, tarixi Qələbəmizi həzm etməyən bəzi qüvvələr ölkəmizə qarşı qarayaxma ilə məşğul olur, imicimizə xələl gətirməyə cəhd edirlər. Odur ki, seçkilərin şəffaf və demokratik keçirilməsinə nail olmaqla, vətəndaşların seçki hüquqlarının tam təmin edilməsi ilə onların səsləndirdiyi fikirlərin böhtandan başqa bir şey olmadığını hər zaman sübut etmişik, qarşıdan gələn seçki prosesində də sübut etməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilər ilə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün keçirilən treninqdə səsləndirilib.
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Adil Yusubov və Kəmalə Davudova tərəfindən keçirilən üçgünlük təlimlərdə 38 məntəqədən 230-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.