Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“YAŞAT” Fondunun yaradılmasından iki il ötür

ID:

08.12.2022 14:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Bu gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.