Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ID:

08.05.2024 15:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi.