Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

ID:

08.02.2025 11:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Fevralın 8-də Bakıda “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, səhiyyə sahəsinin aparıcı mütəxəssislərinin, dövlət rəsmilərinin, beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin, ekspertlərin və digərlərinin iştirak etdiyi konfransın əsas məqsədi talassemiya və başqa nadir xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində əldə olunan nailiyyətləri müzakirə etmək, həmçinin perspektivləri müəyyənləşdirməkdir.