Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub

ID:

19.05.2025 12:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

“ARB Günəş” “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edib. Yeni klip Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri, Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevanın xatirəsinə həsr olunub.