Mayın 20-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə reallaşan “Qarabağın rəngləri” layihəsinin qala gecəsi keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Qarabağın rəngləri” layihəsi çərçivəsində hazırlanan sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın rəngləri” layihəsi ilə bağlı məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunmasıdır: “Fond tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.